"Mançester Yunayted"in əfsanəsi Holandı dördüncü divizion oyunçusu adlandırdı

"Mançester Yunayted"in əfsanəsi Holandı dördüncü divizion oyunçusu adlandırdı

"Mançester Yunayted"in əfsanəvi kapitanı Roy Kin Premyer Liqanın "Mançester Siti" - "Arsenal" matçında (0:0) heç-heçədən sonra fikirlərini bölüşüb .

Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar"ın əfsanəvi oyunçusu "Sky Sports"-un tok-şousunda Erlinq Holandı kəskin tənqid edib.

“Onun oyun səviyyəsi çox pisdir. O, qollara görə dünyanın ən yaxşısıdır, amma ümumilikdə oyunu dəhşətlidir. O, Liqa 2-nin futbolçusu kimi oynayır (İngiltərə futbolunun dördüncü divizionu-m.)". 

Qeyd edək ki, norveçli hazırda Premyer Liqada bombardir yarışına başçılıq edir - onun hesabında 18 qol var. Bu da onun ən yaxın izləyicisi, "Aston Villa"dan Olli Uotkinsdən iki dəfə çoxdur.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər