İngiltərə Premyer Liqasının 31-ci turunda səfərdə "Çlesi"yə məğlub olan "Mançester Yunayted" (3:4) adına yaraşmayan statistika ilə yadda qalıb.
Fanat.Az xəbər verir ki, "Stemford Bric"dəki matçda meydan sahibləri qonaqların qapısına 28 zərbə endirib.
Erik ten Haqın çalışdırdığı kollektiv son 4 oyunda rəqiblərinin 109 belə zərbəsinə mane ola bilməyiblər. Bunlardan 27-si "Mançester Siti" (1:3), 23-ü "Everton" (2:0), 31-i "Brentford" (1:1), 28-i isə "Çelsi" ilə görüşə təsadüf edib.
Qeyd edək ki, 30 oyuna 48 xal toplayan MY hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 6-cı pillədə mövqe tutub.
Nihat