"Mançester Yunayted"i daha 12 oyunçu tərk edə bilər - ADLAR

"Mançester Yunayted"i daha 12 oyunçu tərk edə bilər - ADLAR

Bu yay 12 oyunçu ilə vidalaşan  "Mançester Yunayted"i qarşıdakı iki transfer pəncərəsində daha 12 futbolçu tərk edə bilər.

Fanat.Az xəbər verir ki, məlumatı "Manchester Evening News" yayıb.

Xəbərə görə, "qırmızı şeytanlar"ın idarəçiləri heyətdə "təmizlənmə" aparılmasını vacib sayırlar. Mənbə MY-nin müqavilələrinin müddəti cari mövsümün sonunda başa çatacaq  futbolçularla - Tom Hiton, Conni Evans, Alvaro Fernandes və Brendon Uilyamsla vidalaşmağı hədəflədiyini vurğulayıb. Müxtəlif səbəblərdən Donni van de Bek, Viktor Lindelöf, Meyson Qrinvud, Ceydon Sanço, Antoni Marsyal, Sofyan Amrabat, Kristian Eriksen və Kazemironun da komandadakı gələcəyinin qeyri-müəyyən olduğu diqqətə çatdırılıb.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər