"Mançester Yunayted" "Ayaks"ın yarımmüdafiəçisi Antonini heyətinə qatmaq üçün son cəhdini etməyə hazırlaşır.
Fanat.Az "Goal"a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" daha öncə rədd cavabı aldığı Amsterdam klubunun qapısını bu dəfə 60 milyonluq təkliflə döyəcək.
Xəbərə görə, futbolçunu satmaq istəməyən Niderland klubu bu məbləğə razı olmayacaq. Mənbə "Ayaks"ın 80 milyon tələb edəcəyini vurğulayıb.
Qeyd edək ki, MY-nin baş məşqçisi Erik ten Haq "Ayaks"da rəhbərliyi altında oynamış Antoninin transferində şəxsən maraqlıdır. Niderlandlı mütəxəssis rəhbərliyi bu futbolçunun İngiltərə Premyer Liqasının ulduzu ola biləcəyinə inandırıb.
Nihat