"Mançester Yunayted"də yeni sponsor - Rekord gəlir

"Mançester Yunayted"də yeni sponsor - Rekord gəlir

"Mançester Yunayted"in yeni sponsorunun adına aydınlıq gəlib.   Fanat.Az "The Athletic"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" "Team Viewer"in əvəzinə klubun köynəklərinə sponsorluq etmək üçün "Qualcomm" ilə anlaşıb.

Məlumata görə, mankunianlar "Qualcomm"dan köynək sponsorluğuna görə ildə 60 milyon funt-sterlinq gəlir əldə edəcək.

Qeyd edək ki, 2021-ci ilin mart ayında "Mançester Yunayted" və "Team Viewer" beş illik titul sponsorluğu müqaviləsi imzalayıblar. Müqavilənin şərtlərinə görə, futbol klubu ildə 47 milyon funt-sterlinq qazanc əldə edir.

Nahid Məmmədov

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər