“Mançester Yunayted”də ayrılıq

“Mançester Yunayted”də ayrılıq

“Mançester Yunayted” müdafiəçisi Aksel Tuanzebeylə yollarını ayırıb.

Fanat.Az xəbər verir ki, bu barədə “qırmızı şeytanlar”ın rəsmi saytı məlumat yayıb.

25 yaşlı futbolçu ilə müddəti bitən müqavilə yenilənməyib və Tuanzebe azad agent statusu alıb.

“Mançester Yunayted”in öz yetirməsi olan Tuanzebe klubun əsas komandasında cəmi 37 oyuna çıxıb. Müdafiəçi “Aston Villa”, “Napoli” və “Stok Siti” kimi klublarda icarədə oynayıb.

Komandanın əsas qapıçısı David De Xeanın da klubla müqaviləsinin müddəti bu ayın sonu bitir. Hazırda tərəflər yeni müqavilə ilə bağlı danışıqları davam etdirirlər.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər