"Mançester Yunayted"də 7 nömrəli formanı kim geyinəcək?

"Mançester Yunayted"də 7 nömrəli formanı kim geyinəcək?

Kriştianu Ronaldunun "Mançester Yunayted"dən gedişindən - ötən ilin sonlarından boş qalan 7 nömrəli futbolkanın kimə verilə biləcəyi açıqlanıb.

Fanat.Az xəbər verir ki, məlumatı "Manchester Evening News" yayıb.

Xəbərə görə, İngiltərə nəhəngində müxtəlif vaxtlarda böyük ulduzların daşıdığı nömrənin 18 yaşlı Qarnaçoya qismət olmaq ehtimalı yüksəkdir. Mənbə klub idarəçilərinin və komandanın baş məşqçisi Erik ten Haqın bunun gənc argentinalı üçün əlavə motivasiya olacağına inandıqlarını vurğulayıb.

Qeyd edək ki, son mövsümdə çıxdığı 19 çempionat matçında 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalan Qarnaço 49 nömrəli forma ilə mübarizə aparıb. 

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər