"Mançester Yunayted" yarımmüdafiəçisini satır

"Mançester Yunayted" yarımmüdafiəçisini satır

"Mançester Yunayted" yarımmüdafiəçisi Nemanya Matiçi satmaq niyyətindədir.

Fanat.Az xəbər verir ki, informasiyanı "Manchester Evening News" yayıb.

Matiçin bu yay satışa çıxarılacağı bildirilib. 33 yaşlı serb futbolçunun MY ilə olan müqaviləsinin müddəti 2023-cü ilin yayına qədər olsa da, klub rəhbərliyi onun satışından müəyyən məbləğ qazanmağı daha uyğun variant sayır.

Bu mövsüm "qırmızı şeytanlar"ın formasıyla 26 oyuna çıxan Nemanya 2 qol ötürməsi ilə yadda qalıb. "Transfermarkt" portalı orta xətt oyunçusunun transfer qiymətini 6 milyon avro ilə dəyərləndirir.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər