"Mançester Yunayted" ten Haqla bağlı qərarını verdi

"Mançester Yunayted" ten Haqla bağlı qərarını verdi

"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq İngiltərə nəhəngində fəaliyyətini davam etdirəcək. 

Fanat.Az xəbər verir ki, informasiyanı "The Athletic" yayıb.

Mənbənin məlumatına görə, klub rəhbərliyi 53 yaşlı niderlandlını növbəti mövsümdə heyətində saxlamaq niyyətindədir. “Mançester Yunayted”in yeni sahibləri hesab edirlər ki, məşqçinin işdən çıxarılması və yenisinin axtarışı əlavə investisiyalar tələb edəcək.

Ten Haq 2022-ci ilin yayından “Mançester Yunayted”ə rəhbərlik edir. Onun rəhbərliyi altında komanda 34 oyunda 54 xal toplayaraq Premyer Liqanın turnir cədvəlində 6-cı pillədə qərarlaşıb.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər