"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

"Mançester Yunayted" son 34 ildə bu günə düşməmişdi

İngiltərə Premyer Liqasının sonuncu - XXXVIII turu çərçivəsində bu gün keçirilən matçda "Brayton"u 2:0 hesabı ilə məğlub edən "Mançester Yunayted" çempionatı 8-ci yerdə başa vurub.

Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar" son 34 ilin ən bərbad mövsümünü keçiriblər.

Belə ki, 1989/1990 mövsümünü 13-cü sırada tamamlayan Mançester təmsilçisi o vaxtdan bəri heç vaxt mübarizəni 8-ci yerdə bitirməmişdi. Sözügedən komanda ən pis halda 6-cı olmuşdu.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər