"Mançester Yunayted" rekord qırdı - Hələ bunu heç kim bacarmayıb

"Mançester Yunayted" rekord qırdı - Hələ bunu heç kim bacarmayıb

İngiltərə çempionatının açılış turu çərçivəsində “Mançester Yunayted” səfərdə “Vulverhempton” üzərində 1:0 hesablı minimal hesablı qələbəni bayram edib. 

Fanat.Az xəbər verir ki, “qırmızı şeytanlar” bu nəticə sayəsində çempionatın rekorduna imza atıb.

Sosial media insayderi Deyv Stetmanın hesablamasına görə, “Mançester Yunayted” 21-ci dəfə Premyer Liqanın ilk turunda qalib gəlib. Əvvəllər heç bir klub bunu edə bilməyib. Dünənki qarşılaşmada yeganə qolu müdafiəçi Rafael Varan vurub.

İngiltərə Premyer Liqasının növbəti oyununda mançesterlilər Londonun “Tottenhem” klubu ilə qarşılaşacaq. Qarşılaşma şənbə günü, avqustun 19-da baş tutacaq.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər