"Mançester Yunayted" "Real"ın sabiq çalışdırıcısı ilə danışıqlara başladı

"Mançester Yunayted" "Real"ın sabiq çalışdırıcısı ilə danışıqlara başladı

Erik ten Haqın "Mançester Yunayted"in baş məşqçisi kimi gələcəyi qeyri-müəyyən olaraq qalır.

Fanat.Az xəbər verir ki, İngiltərə nəhəngi son turda "Çelsi"ni məğlub etsə də, rəhbərlik yeni məşqçi axtarışına başlayıb.

"Foot Mercato"nun məlumatına görə, "qırmızı şeytanlar"ın əsas namizədi Xulen Lopeteqidir. Tərəflər artıq təmasda olub və mümkün əməkdaşlığı müzakirə ediblər.

Lopeteqi avqust ayında "Vulverhempton"dan qovulub. O, bundan əvvəl “Real Madrid”ə və İspaniya millisinə rəhbərlik edib.

Məşqçi bu yaxında Səudiyyə Ərəbistanından gələn 18 milyonluq təklifi rədd edib.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər