"Mançester Yunayted" Raşfordla bağlı qərar verdi

"Mançester Yunayted" Raşfordla bağlı qərar verdi

"Mançester Yunayted" hücumçusu Markus Raşfordla bağlı qərar verib.

Fanat.Az-ın ESPN-ə istinadən məlumatına görə, "qırmızı şeytanlar"ın idarəçiləri 24 yaşlı ingiltərəli forvardla yeni müqavilə bağlamağa hazırlaşırlar.

Düzdür, MY-nin indiki anlaşmasının müddəti gələn mövsümün sonunda başa çatacaq Markusla müqaviləni avtomatik olaraq daha 1 il uzatmaq hüququ var. Ancaq klub bossları gələcəyinə inandıqları oyunçu ilə daha uzunmüddətli sözləşmə imzalamağı hədəfləyiblər.

Raşford "Mançester Yunayted"in öz yetirməsidir. "Transfermarkt" portalı sözügedən futbolçunun transfer qiymətini 85 milyon avro ilə dəyərləndirir. 

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər