"Mançester Yunayted" Poqbaya rekord maaş ödəməyə razıdır

"Mançester Yunayted" Poqbaya rekord maaş ödəməyə razıdır

"Mançester Yunayted" yarımmüdafiəçisi Pol Poqbanı heyətdə saxlamaqda qərarlıdır.

Fanat.Az xəbər verir ki, "The Sun" nəşri "qırmızı şeytanlar"ın Fransa millisinin üzvünə ağlagəlməz əməkhaqqı fonunda yeni sözləşmə təklif etməyə hazır olduğu barədə informasiya yayıb.

Mənbə 28 yaşlı Poqbanın Mançester klubunda qalacağı halda, həftəlik 600 min avro qazana biləcəyini vurğulayıb. Bu, İngiltərə futbolu tarixində indiyədək heç bir futbolçunun almadığı -rekord maaşdır.

Poqbanın MY ilə olan müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq. O, ötən ilin dekabr ayının 1-dən başqa klublarla danışıq aparmaq hüququna malikdir.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər