"Mançester Yunayted" heyətini yeni futbolçu ilə gücləndirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı şəxsi "Twitter" hesabı üzərindən tanınmış insayder Fabritsio Romano yayıb.
Mənbə "qırmızı şeytanlar"ın Niderlandın "Feyenoord" klubunun 22 yaşlı cinah müdafiəçisi Tirell Malasianı transfer etməyə hazırlaşdığını bildirib. Xəbərə görə, artıq tərəflər müqavilənin bütün şərtlərini razılaşdırıb və Malasia yaxın günlərdə rəsmi anlaşmaya qol çəkəcək. Futbolçunun müddəti 2026-cı ilə qədər olan sözləşməyə imza atacağı, bu keçidin İngiltərə klubuna 15 milyon avroya başa gələcəyi vurğulanıb. Xəbərdə "Feyenoord"un müxtəlif bonuslar şəklində Tirellin satışından daha 2 milyon avro qazana biləcəyi də qabardılıb.
Malasia "Feyenoord"un öz yetirməsidir. Niderlandın bütün yaş qrupları üzrə millilrəində oynamış müdafiəçi əsas yığmada da 5 oyun keçirməyə imkan tapıb.
Nihat