"Mançester Yunayted" məşq bazasını komandadakı koronavirus xəstələrinin sayı üzündən bağlayıb.
Fanat.Az İngiltərə klubunun rəsmi saytına istinadən xəbər verir ki, baza 24 saat bağlı qalacaq.
"Qırmızı şeytanlar" İngiltərə Premyer Liqasının təşkilinə cavabdeh qurumun rəhbərliyi ilə "Brentford"la səfər matçının vaxtının dəyişdirilməsini müzakirə edir.
Dünən MY-nin bir neçə futbolçusu və əməkdaşının koronavirusa yoluxduğu müəyyənləşmiş, istirahət günü komanda üzvləri fərdi məşqlərlə kifayətlənməli olmuşdu.
Qeyd edək ki, "Brentford" - "Mançester Yunayted" qarşılaşması sabah - dekabrın 14-də keçirilməlidir.
Nihat