"Mançester Yunayted" məbləği artırdı - SON DURUM

"Mançester Yunayted" məbləği artırdı - SON DURUM

"Mançester Yunayted" "Ayaks"ın hücumçusu Antonini transfer etmək niyyətindən əl çəkmir. 

Fanat.Az "O Globo"ya istinadən xəbər verir ki, son dəfə 80 milyonluq təklifi rədd edilən "qırmızı şeytanlar" iki gün öncə 22 yaşlı forvarda görə 94 milyon avro ödəməyə hazır olduğunu bəyan edib. 

Xəbərə görə, "qırmızı şeytanlar"ın baş məşqçisi Erik ten Haq "Ayaks"da rəhbərliyi altında top qovan cənubi amerikalını gələcək planlarının bir parçası kimi görür və onun gəlişindən sonra komandasının güclənəcəyinə əmindir.

Daha öncə MY-nin sözügedən oyunçunun özü ilə 5 illik müqavilə ilə bağlı razılığa gəldiyi barədə informasiyalar yayılmışdı.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər