"Mançester Yunayted" İPL yaranandan bəri bu günə düşməmişdi

"Mançester Yunayted" İPL yaranandan bəri bu günə düşməmişdi

İngiltərə Premyer Liqasının 36-cı turu çərçivəsində dünən keçirilən matçda "Kristal Pelas"a 0:4 hesabı ilə uduzan "Mançester Yunayted" cari mövsüm çempionatda 13-cü yenilgisini alıb.

Fanat.Az xəbər verir ki, "qırmızı şeytanlar"ın İPL yaranandan (20 fevral 1992) bəri ilk dəfə bir mövsümdə 13 dəfə məğlub olub.

MY daha öncə 2013/2014 və 2021/2022 mövsümlərində 12 məğlubiyyət acısı dadmışdı.

Qeyd edək ki, 54 xala malik "Mançester Yunayted" hazırda İPL-in turnir cədvəlində 8-ci pillədə mövqe tutub.

Nihat   

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər