"Mançester Yunayted" haqda nə bu gün düşünürəm..." - Tomas Tuxel

"Mançester Yunayted" haqda nə bu gün düşünürəm..." - Tomas Tuxel

"Çelsi"nin baş məşqçisi Tomas Tuxel "Mançester Yunayted"in çalışdırıcısı Ule-Qunnar Sulşerin baş məşqçi postundan uzaqlaşdırılmasına münasibət bildirib.

Fanat.Az "Football.London"a istinadən xəbər verir ki, alman mütəxəssis bu barədə sualı belə cavablandırıb:

"Mənim Sulşerin göndərilməsi barədə fikirlərim? Şənbə günü səfər oyununa çıxmışdıq... Çərşənbə axşamı öz meydanımızda matç keçirməliyik... Ardından isə "Mançester Yunayted"lə qarşılaşmalıyıq. Düzü, "Mançester Yunayted" haqda nə bu gün nəsə düşünürəm, nə də sabah düşünəcəyəm. "Yuventus"la oyuna hazırlaşmalıyıq...

Başqa klubların qərarlarını şərh etməyəcəyəm. Bu, mənim işim deyil".

2018-ci ildən MY-ni çalışdıran Sulşer noyabrın 21-də vəzifəsindən azad edilib.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər