"Mançester Yunayted" De Xeaya əvəzedici tapdı

"Mançester Yunayted" De Xeaya əvəzedici tapdı

"Mançester Yunayted" yeni qapıçı almağı planlaşdırır.

Fanat.Az xəbər verir ki, məlumatı "The Sun" yayıb. 

Xəbərə görə, "qırmızı şeytanlar" "Lids"in qapıçısı İllan Melyenin xidmətində maraqlıdır. 

İngiltərə klubu 22 yaşlı qolkiperi David De Xeaya əvəzedici olaraq görür. 

Onu qeyd edək ki, "Mançester Yunayted" 32 yaşlı ispaniyalı De Xeaya müqaviləni artırmaq üçün həftəsinə 250 min funt sterlinq təklif etməyə hazırdır. Ancaq bununla yanaşı komandaya ikinci qapıçı da lazımdır. Belə ki, Din Henderson yayda klubu tərk etmək niyyətindədir.

Röya

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər