"Mançester Yunayted" də mükafat qazanarmış - 6 illik həsrət bitdi

"Mançester Yunayted" də mükafat qazanarmış - 6 illik həsrət bitdi

İngiltərə Liqa Kubokunun finalında "Nykasl"ı 2:0 hesabı ilə yenən "Mançester Yunayted" 6 illik fasilədən sonra mükafat qazanıb.

Fanat.Az-ın məlumatına görə, "qırmızı şeytanlar" son dəfə 2017-ci ildə Avropa Liqasının qalibi olmuşdu. 

Mançester təmsilçisi həlledici qarşılaşmada "Ayaks"ı üstələmişdi - 2:0.

O vaxtdan bəri heç bir turnirdə qələbə üzü görməyən MY nəhayət ki, istəyinə çatıb.

Görüşdə hesab 33-cü dəqiqədə açılıb. Bundan 6 dəqiqə sonra cərimə meydançasına girən Markus Raşford qapıya zərbə endirib. Nəticədə, Sven Botmana dəyən top tora qovuşub.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər