"Mançester Yunayted" yeni hücumçu alıb.
Fanat.Az xəbər verir ki, informasiyanı tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabı üzərindən yayıb.
MY-nin uzun müddətdir danışıq apardığı "Ayaks"ın və Braziliya millisinin hücumçusunu - Antonini transfer etdiyi bildirilib.
22 yaşlı forvardın 5+1 illik müqavilə imza atacağı, "qırmızı şeytanlar"ın bu transfer üçün Amsterdam klubuna 100 milyon avro təzminat ödəyəcəyi açıqlanıb.
Nihat