"Mançester Yunayted" heyətini yeni futbolçu ilə gücləndirməyi planlaşdırır.
Fanat.Az "Daily Mail"ə istinadən xəbər verir ki, "qırmızı şeytanlar" Avstriyanın "Zaltsburq" klubunun forvardı Benyamin Şeşkonu heyətinə qatmaq istəyir.
Mənbə bu keçidin MY-yə 55 milyon avroya başa gələcəyini açıqlayıb. Belə ki, "Zaltsburq" 19 yaşlı istedadı ucuz qiymətə satmaq niyyətində deyil.
Qeyd edək ki, Sloveniya millisinin də üzvü olan Şeşkonun xidmətində "Bayern Münhen", "Nyukasl Yunayted" və Dortmund "Borussiya"sı kimi klublar da maraqlıdır.
Nihat