"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq klubun bir əsrlik antirekordunu təkrarlayıb.
Fanat.Az BBC-yə istinadən xəbər verir ki, niderlandlı mütəxəssis son 101 ildə "Mançester Yunayted"in baş məşqçisi qismində komandanın ilk iki rəsmi matçında uduzan ilk məşqçi olub.
Son dəfə “Mançester Yunayted”in baş məşqçisi postunda eyni aqibəti Con Çapman yaşamışdı.
Xatırladaq ki, İngiltərə Premyer Liqasının 1-ci turunda "Brayton"a yenilən (1:2) MY 2-ci turda "Brentford" önündə aciz qalıb - 0:4.
Nihat