"Mançester Yunayted" və "Real"ın Qoretska planı baş tutmadı

"Mançester Yunayted" və "Real"ın Qoretska planı baş tutmadı

"Mançester Yunayted" və "Real Madrid"in maraqlandığı yarımmüdafiəçi Leon Qoretska (Leon Gorecka) "Bayern Münhen"də qalacaq.

Fanat.Az xəbər verir ki, bu barədə "Goal" məlumat yayıb.

26 yaşlı yarımmüdafiəçi Münhen klubu ilə əməkdaşlığının müddətini uzatmaqda qərarlıdır. Tərəflərin 5 illik anlaşmaya qol çəkəcəyi gözlənilir. Qoretskanın illik maaşı 12-15 milyon avro olacaq.

Xatırladaq ki, ötən mövsüm futbolçu "Bayern Münhen"in heyətində 8 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Emin Şəmsiyev

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər