AVRO-2016-nın seçmə mərhələsində Azərbaycan milli komandası ilə qarşılaşacaq Malta yığmasının baş məşçqçisi Pietro Qedin oyunöncəsi mətbuat konfransı keçirib. Fanat.az italiyalı mütəxəssisin fikirlərini təqdim edir:
- Hazırlığımız yaxşı keçdi və buraya böyük ümidlərlə gəlmişik. Nəticə qazanacağımıza inanırıq. Gürcüstanla oyun keçirdik və bu bizim üçün ağır məğlubiyyət oldu. problemimi yalnız yunçularla bağlıdı.
- Bugünkü məşqdən sonra oyunçuların vəziyyətini necə dəyərləndirirsiniz?
- Əsas olan bugünkü məşq yox, sabahkı oyundu. Oyun zamanı futbolçularda məsuliyyət hiss olunur və bu səbəbdən sabahı gözləmək lazımdı.
- Robert Prosineçkinin ilk rəsmi oyunudu və bu matç Azərbaycan üçün dönüş nöqtəsi ola bilər. Sizin üçün çətin olmayacaq?
- Bu bizim üçün maraqlı deyil. Əvvəl bu komandaya məğlub olduq, indi isə qalib gəlmək istəyirik.
- Malta, Azərbaycan tipli komandalar sıx qrafikdən narazı qalırlar. Ancaq Malta Gürcüstanla yoldaşlıq oyunu keçirdi. Demək olar ki, Malta Azərbaycan millisindən fiziki baxımdan daha güclüdü?
- Yorğun olsaq da, bu o demək deyil ki, biz məğlub olub, oynamayacağıq. Əgər bir komanda bu qrafikə tab gətirə bilməyəcəksə, oyuna çıxmasın.
- Azərbaycan qarşısını qələbə qazanmaq məqsədi qoyub. Siz nə düşünürsünüz?
- Deməzdim ki, yoldaşlıq görüşləri bizim üçün az əhəmiyyət kəsb edir. Hamısının öz əhəmiyyəti var. Ümid edirik ki, ən azından məğlub olmayacağıq.
- Azərbaycan məğlubiyyəti faciə kimi qiymətləndirəcək. Bəs sizdə necədi?
- Hər bir komanda qələbə qazanmaq istəyir. Mübarizə aparacağıq və məqsədimiz qalib gəlməkdi. Azərbaycan güclü komandadır. Azarkeşlərdə həyəcan var və bunu başa düşə bilmirəm.
- Dörd futbolçunun zədəli lduğunu bildirmişdiniz. İndi onların vəiyyəti necədi?
- Biz hər şeyi həll etməyə çalışırıq. İnanırıq ki, sabaha qədər hər şey yaxşı olacaq.//sportnet.az
Fanat.az