DÇ-2014-ün seçmə mərhələsində F qrupunda mübarizə aparan milli yekunda 9 xal topladı. Berti Foqtsun komandası 4-cü olaraq tarixinin ən yaxşı nəticəsinə imza atdı. Hesabında 1 qələbə 6 heç-heçə və 3 məğlubiyyət olan yığmamız rəqib qapılarından 7 top keçirib və 11 dəfə oyuna mərkəzdən başlayıb. Görəsən 1 qələbə necə göstəricidi? Suala cavab tapmağa çalışaq:
Farer adaları, Andorra, San Marino və Lixtenşteyndən başqa hamı qələbə üzü görüb. “Cırtdanlar”dan Malta səfərdə Ermənistanı (1:0), Lüksemburq öz meydanında Şimali İrlandiyanı(3:2) yenməklə bizimkilər kimi 1 zəfərə sevinibsə, Qazaxıstan, Belarus, Cənubi Kipr, Gürcüstan və oktyabrın 11-də “Bakcell Arenada” yığmamıza uduzan britaniyalılar da yalnız 1 görüşdə 3 xal görüb. Şübhəsiz, bu yöndə təmsilçimizin öyünməyə haqqı çatmır. Keçirdiyimiz oyunları xatırlasaq, yığma bunların azı ikisində - Lük Holtsun yetirmələri ilə duellərdə qələbə qazanmağa borclu idi. Üstəlik, Şimali İrlandiyadan sonuncu uzatma dəqiqəsində Belfastda buraxılan qolu da unutmayaq.
Fanat.az