Malta millimizə qarşı bu heyətlə oynayacaq

Malta millimizə qarşı bu heyətlə oynayacaq

AVRO-2016-nın seçmə mərhələsində millimizin rəqibi olan Malta yığmasının heyəti açıqlanıb. Fanat.az хəbər verir ki, baş məşqçi Pyetro Qedin qarşıdakı iki oyun üçün 27 futbolçuya dəvət göndərib. 

Rəqibimizin heyətində 3 legioner yer alıb. Belə ki, Qedin Cənubi Kiprin AEL, "Omoniya" və Yunanıstan

"Aris" klublarının üzvlərinə dəvət götürüb.

Qeyd edək ki, sentyabrın 3-də İtaliyanın qonağı olacaq Malta yığması ayın 6-da millimizi qəbul edəcək.

Qapıçılar: Justin Haber (Birkirkara), Henri Bonello (Hibernians), Qlen Zammit (Slima), Andrey Hoqq (AEL, Yunanıstan).

Müdafiəçilər: Andrey Aquis, Kleyton Failla (hər ikisi "Hibernians"), Zaç Muskat, Jozef Zerafa (hər ikisi "Birkirkara"), Aleks Muskat (Slima), Rayan Kamilyeri (Valletta), Conatan Karuana ("Valetta"), Aleks Sini (Pembrouk), Stiv Borq (Aris, Cənubi Kipr).

Yarımmüdafiəçilər: Pol Feneç, Rouen Muskat (hər ikisi "Birkirkara"), Roderik Briffa (Valletta), Byörn Kristensen (Hibernians), Stiv Pisani (Floriana), Ariton Azzopardi (Tarksien), Andrey Kohen (Hibernians), Dulan Qrima (Balzan), Qaret Skiberras (Birkirkara).

Hücumçular: Alfred Effionq (Qormi), Maykl Mifsud (Slima), Terençe Vella (Birkirkara), Pierre Mifsud (Valletta), Andre Şembri (Omoniya, Cənubi Kipr).

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər