Maltada Marafonu faciə ilə yekunlaşıb. Fanat.az xəbər verir ki, "cırtdan ölkə"də keçirilən qaçış yarışlarında iştirakçılardan biri vəfat edib.
Belə ki, 55 yaşlı Böyük Britaniya vətəndaşı Mayk Freeman finiş xəttinə 50 metr qalmış infarkt keçirib. Yarışçı təcili xəstəxanaya qaldırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Müəllim olan Mayk Freeman iki həftə əvvəl sinəsində ağrılar hiss edib. İddialara görə, o, Marafona həkimin icazəsi ilə qatılıb.
Fanat.az