"Milan"ın strateji inkişaf departamentinin rəhbəri Paolo Maldini postundan ayrıla bilər.
"Milan" rəhbərliyi ilə arasında olan fikir ayrılığı səbəbindən Maldininin klubu tərk edəcəyi gözlənilir. Fanat.Az "Defensa Central"a istinadən xəbər verir ki, 51 yaşlı funksionerin yeni iş yeri "Real" ola bilər. Madrid təmsilçisi idman direktoru postunu ona həvalə etməyə hazırdı.
Maldininin təklifə müsbət yanaşdığı bildirilir.
Fanat.Az