Mais Mənsimov "Xəzər Lənkəran"ı cəzalandırdı

Mais Mənsimov "Xəzər Lənkəran"ı cəzalandırdı

Bu gün "Xəzər Lənkəran"da klubdaxili iclas keçirilib. Fanat.az xəbər verir ki, prezident Mais Mənsimovun iştirak etdiyi iclasda komandanın son oyunlardakı uğursuz nəticələri müzakirə olunub.

Mənsimov futbolçulardan "Qarabağ" (0:3) və "Neftçi"yə (1:4) böyükhesablı yenilgilərin səbəbini soruşub. Komandanın heç bir probleminin olmadığını deyən prezident məşqçilər korpusuna və futbolçulara xəbərdarlıq edib. Bundan əlavə, "Xəzər Lənkəran"ın futbolçuları cərimə olunub.

Fanat.az

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər