Mahirli “Dinamo”dan doğma meydanda xal itkisi

Mahirli “Dinamo”dan doğma meydanda xal itkisi

Futbol üzrə Xorvatiya çempionatında 3-cü turun oyunları keçirilir.

Fanat.Az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi Zaqreb “Dinamo”su da növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda “Qoritsa” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb - 0:0.

Emreli də bu görüşün iştirakçısı olub. O, 78-ci dəqiqədə meydana buraxılıb.

“Dinamo” 3 turdan sonra 4 xalla 4-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər