Mahirin yeni baş məşqçisi bilindi

Mahirin yeni baş məşqçisi bilindi

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi Xorvatiya "Dinamo"sunun yeni baş məşqçisi müəyyənləşib.

Fanat.Az klubun saytına istinadən xəbər verir ki, İqor Bişçanın istefaya göndərilməsindən sonra boş qalmış bu vəzifəyə Sergey Yakiroviç təyin edilib.

Onun bu gündən komandanı məşqə çıxaracağı və avqustun 25-də Avropa Liqasının pley-offunda "Sparta"ya (Çexiya) qarşı ilk matçda rəsmi debüt edəcəyi vurğulanıb.

Yakiroviçin son klubu "Riyeka" olub. O, Xorvatiya klubundan məhz Zaqreb təmsilçisinə görə ayrılıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər