"Legiya" qış fasiləsində növbəti dəfə baş məşqçi dəyişikliyi gerçəkləşdirəcək.
Fanat.Az xəbər verir ki, bu haqda "SportoweFakty" nəşri iddia ilə çıxış edib.
Məlumata görə, Polşa çempionu artıq "Rakuv"un baş məşqçisi Marek Papşun ilə əlaqə saxlayıb. O, hazırki klubundan icazə almalı olduğunu bildirib.
"Papşun təkliflə bağlı tərəddüd edir, çünki "Rakuv"da nəinki liqada ən çox qazanan məşqçidir, həm də demək olar ki, yüz faiz qərar vermə səlahiyyətinə sahibdir. “Legiya” isə korporativ üslubda idarə olunur. Transferlərə məşqçi qərar vermir, bu məsələlərlə məşğul olan insanlar var, məsələn, idman direktoru Radoslav Kuçarski. Ancaq indi güzəştə getmək zamanıdır. Tərəflər artıq müqavilənin şərtlərini razılaşdırıblar, transfer üçün yalnız "Rakuv"un sahibi Mihał Şverçevskinin razılığı lazımdır. Papşunun qərar verib-verməməsindən asılı olmayaraq, "Legiya məşqçini dəyişəcək" - "SportoweFakty"nin xəbərində deyilir.
Qeyd edək ki, Azərbaycan millisinin çıxış etdiyi "Legiya" avrokuboklarda uğurlu çıxış etməsinə rəğmən, çempionatda autsayder mövqeyindədir. Ardıcıl son 7 turda məğlubiyyətləri sıralayan paytaxt klubu sonuncudan əvvəlki - 17-ci pillədə qərarlaşıb.
Mirağa