Mahirə hədiyyə verdilər, komandası... - FOTO

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” Almaniya 2-ci Bundesliqasında növbəti matçına çıxıb.

Fanat.Az xəbər verir ki, sözügedən kollektiv “Köln”ü qəbul edib.

Oyun başlamamışdan öncə cari mövsümün sonunda komandadan ayrılacağı dəqiqləşən futbolçulara, o cümlədən Emreliyə də xatirə şəkilləri hədiyyə edilib.

Mahirə hədiyyə verdilər, komandası... - FOTO

33-cü tur çərçivəsində baş tutan qarşılaşma meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Start "11-lik"də yer alan Mahir fasilədə əvəzlənib.

Hazırda 45 xalı olan “Nürnberq” turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Komanda son turda “Braunşveyq”lə üz-üzə gələcək.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər