Mahirdən məhsuldar ötürmə, “Dinamo”dan darmadağın

Mahirdən məhsuldar ötürmə, “Dinamo”dan darmadağın

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi “Dinamo” bu gün Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, komanda 11-ci tur çərçivəsində səfərdə “İstra 1961” ilə qarşılaşıb və 3:0 hesabı ilə qalib gəlib.

Emreli də bu matçın iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb. Mahir 60-cı dəqiqədə vurduqları qol zamanı məhsuldar ötürmə müəllifi olub.

"Dinamo" hazırda turnir cədvəlində 19 xalla 3-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər