Mahir zədə aldı, “Dinamo” qalib gəldi

Mahir zədə aldı, “Dinamo” qalib gəldi

Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" (Zaqreb) yoxlama oyunu keçirib

Fanat.Az xəbər verir ki, Xorvatiya təmsilçisi Sloveniya "Roqaşka"sı ilə qarşılaşıb.

Matç "Dinamo"nun qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu Sandro Kulenoviç vurub.

Oyun 3 hissədən ibarət olub (hər biri 30 dəqiqə). Mahir Emreli ikinci yarım saatda meydanda olub. Azərbaycanlı futbolçu bu oyunu zədəli halda başa vurub. Onun durumuna ətraflı müayinələrdən sonra aydınlıq gələcəyi bildirilib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər