Milli komandamızın baş məşqçisi Robert Prosineçki bu gün yığmayla birgə Bakıya qayıtmayacaq. Fanat.az xəbər verir ki, o, Türkiyə PTT I Liqasında çıxış edən Vaqif Cavadov və Mahir Şükürovun oyunlarını izləmək üçün qardaş ölkədə qalacaq.
Qeyd edək ki, martın 1-də baş tutacaq turda Mahir Şükürovun şərəfini qoruduğu “Karşıyaka” "Orduspor"u, Vaqif Cavadovlu isə “Boluspor” isə "Bucaspor"u qəbul edəcək.
Fanat.az