"Karşıyaka"da problemlə üzləşən Mahir Şükürov karyerasını Super Liqada davam etdirə bilər. Rekord.az-ın əldə etdiyi məlumata görə, hazırda iki klub həmyerlimizin xidmətində maraqlıdır.
Lakin problem ondadır ki, Mahirin "Karşıyaka" ilə müqaviləsi var. Şükürovun Türkiyə Super Liqasında oynaması üçün hazırkı klubunun onu problemsiz şəkildə buraxması lazımdır. Mahirlə maraqlanan klubların adlarını dəqiqləşdirə bilməsək də həmin klubların ilk 10 sırada qərarlaşmadığını öyrənə bildik. Eyni zamanda 1 liqada çıxış edən "Antalyaspor"da Mahiri öz heyətində görmək istəyir.
Qeyd edək ki, hazırda "Antalyaspor"da mahiri "Karşıyaka"ya gətirən Yusuf Şimşək rəhbərlik edir.
Fanat.az