Mahir qol vurdu, "Dinamo" əzmkar qələbəyə sevindi

Mahir qol vurdu, "Dinamo" əzmkar qələbəyə sevindi

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Dinamo" bu gün Xorvatiya çempionatında növbəti oyununa çıxıb.

Fanat.Az xəbər verir ki, komanda 7-ci tur çərçivəsində səfərdə "Osiyek"lə qarşılaşıb və 3:2 hesabı ilə qalib gəlib.

Emreli 30-cu dəqiqədə meydana daxil olub və 71-ci dəqiqədə komandasının ilk qolunu vurub. "Dinamo" qələbə qoluna isə 90+8-ci dəqiqədə imza atıb.

"Dinamo" hazırda turnir cədvəlində 10 xalla 4-cü pillədə qərarlaşıb.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər