Mahir Mədətov Malta ilə oyundan sonra ağladı

Mahir Mədətov Malta ilə oyundan sonra ağladı
UEFA Millətlər Liqasının IV turunun Malta ilə oyununda qələbə qazana bilməyən (1:1) millimizin üzvü Mahir Mədətov matçdan sonra ağlayıb.
Fanat.Az xəbər verir ki, bunu oyundan sonra keçirilən mətbuat konfransında millimizin baş məşqçisi Qurban Qurbanov deyib:
"Mahirə həddən artıq böyük təzyiq var. Ancaq o, hər iki oyunda komandamızın ən çox hərəkət edən futbolçulardan biridi. Qol ötürməsini də o verdi. Bunu deməyim bəlkə də düzgün çıxmaz. Mahir oyundan sonra paltardəyişmə otağında ağlayırdı. Azarkeşlərin bu qədər basqısı ona mənfi təsir edir. Sizi əmin edirəm ki, bu futbolçular hər iki oyunda canlarını qoydular. Bu uşaqlara güvənmək, onları qazanmaq lazımdı. İnanın mənə ki, hər biri həddən artıq məsuliyyətlidi. Bəlkə də bu məsuliyyət son nöqtəni qoymaqda mane oldu. Bütün iradları üzərimə götürməyə hazıram".
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər