Polşa "Legiya"sının baş məşqçisi Aleksandr Vukoviç Azərbaycan millisinin futbolçusu Mahir Emreli haqqında danışıb.
Fanat.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis hücumçunun Varşava təmsilçisindən ayrılacağı ilə bağlı iddialara aydınlıq gətirib:
"Mahirlə qısa, amma çox pozitiv görüşümüz oldu. Emreli təlim-məşq toplanışında mütləq bizimlə olacaq. Ümid edirəm ki, hazırlıq prosesindən sonra da komandada qalacaq. Çünki o, bizim üçün dəyərli futbolçudur".
Qeyd edək ki, "Legiya" azarkeşləri ölkə çempionatının XVIII turunda Plotsk "Visla"sına 0:1 hesablı məğlubiyyətdən sonra Varşava klubunun futbolçularına hücum edib. Nəticədə Mahir Emreli başından xəsarət alıb. O, hadisədən sonra Varşava təmsilçisində oyuna və məşqlərə çıxmayıb.