Polşa millisinin və "Legiya"nın sabiq müdafiəçisi Marek Yujvyak "Super Express" nəşrinə müsahibə verib.
Fanat.Az-ın xəbərinə görə, veteran futbolçu Varşava təmsilçisinin hücumçusu, Azərbaycan millisinin üzvü Mahir Emreli barədəsində də danışıb.
"Düşünürəm ki, Emreli daha cəld qərar qəbul etməlidir. 1-2 qol epizodunu əldən verdikdən sonra özünə inamı azalıb. Bəzi epizodları gözübağlı qola çevirmək lazımdır. Amma Mahir belə etmir. Mən demirəm ki, o, hər şeyə cavabdehdir. Çünki digər oyunçular da effektiv deyil. "Legiya" dərin çuxura düşüb. Bundan çıxmaq istəyirsinizsə, qol fürsətlərindən yararlanmalısınız".
Qeyd edək ki, Marek Yujvyak 1987 - 1996 və 2001 - 2005-ci illərdə "Legiya"nın formasını geyinib. O, Polşa millisində 14 oyun keçirib.
Xatırladaq ki, Mahir Emreli "Legiya"nın son 6 oyununda fərqlənə bilmir.