Mahir Emrelinin yeni baş məşqçisi bilindi

Mahir Emrelinin yeni baş məşqçisi bilindi

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşanın "Legiya" klubu baş məşqçi Çeslav Mixneviçlə vidalaşıb.

Fanat.Az Varşava təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 51 yaşlı mütəxəssisin müqaviləsi qarşılıqlı razılıq əsasında ləğv edilib.

Onu bu vəzifədə Marek Qolebiyevski əvəz edəcək. Qolebiyevski bunadək "Legiya"nın əvəzedici komandasına başçılıq edib.

Qeyd edək ki, “Legiya” 10 oyundan sonra Polşa çempionatında 9 xalla 15-ci pillədə qərarlaşıb. Komanda son olaraq XII turda "Pyast"a 1:4 hesabı ilə uduzub.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər