Mahir Emrelinin son vəziyyəti bəlli oldu - Neçə ay oynamayacaq?

Mahir Emrelinin son vəziyyəti bəlli oldu - Neçə ay oynamayacaq?

Zaqreb "Dinamo"sunun azərbaycanlı futbolçusu Mahir Emrelinin son vəziyyətinə aydınlıq gəlib.

Fanat.Az-ın məlumatına görə, müayinələrdən sonra Mahirin əməliyyata ehtiyacı olmadığı üzə çıxıb.

Azərbaycan millisinin forvardı cərrah masasına uzanmaq məcburiyyətində qalmasa da, azı ayyarım futbol oynaya bilməyəcək. Bərpa müddətinin 3 aya qədər uzanmaq ehtimalı da var.

Xatırladaq ki, Mahir "Dinamo"nun 10 gün öncə Sloveniya "Roqaşka"sına qarşı keçirdiyi yoxlama görüşündə (1:0) zədələnib.

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər