Mahir Emrelinin son durumu açıqlandı

Mahir Emrelinin son durumu açıqlandı
Premyer Liqanın VII turu çərçivəsində "Qarabağ”ın "Sabah”la qarşılaşdığı oyunda zədələnən Mahir Emrelinin durumuna aydınlıq gəlib.
Fanat.Az xəbər verir ki, Emreli bu gün tibbi müayinədən keçib. Bu barədə "Qarabağ”ın rəsmi "Facebook” səhifəsi məlumat yayıb.
Mahirin ayaq bağlarında dartınma olduğu aşkarlanıb və onun təxminən iki həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.
"Qarabağ” – "Sabah” oyunu ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər