Türkiyənin “Qaziantep” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, Super Liqa təmsilçisi Polşanın “Legiya” (Varşava) klubunun hücumçusu Tomaş Pekhartı heyətinə qatıb.
33 yaşlı futbolçu Varşava təmsilçisindən azad agent kimi ayrılıb. Bu üzdən də qazianteplilər bu keçidə görə əlavə xərcə düşməyiblər. Çexiyalı hücumçu ilə 2 illik müqavilə imzalanıb.
Pekhart 2020-ci ilin fevralından “Legiya”da forma geyinirdi. O, bu komandanın heyətində keçirdiyi 3 mövsüm ərzində 90 oyuna çıxıb, 39 qol vurub. Azərbaycan yığmasının hücumçusu Mahir Emrelinin keçmiş komanda yoldaşı olan Pekhart Çexiya yığmasında 24 oyuna 2 qolla yadda qalıb. O, daha öncə “Las Palmas”, “Hapoel” (Beer Şeva), AEK (Afina), “İnqolştadt”, “Nürnberq”, “Sparta” (Praqa), “Yablonets” və “Sauthempton” kimi klublarda da top qovub. Mirağa