Mahir Emrelinin problemi nədir? - SON DURUM

Mahir Emrelinin problemi nədir? - SON DURUM

"Dinamo Zaqreb"də çıxış edən Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin durumuna aydınlıq gəlib.

Fanat.Az xəbər verir ki, 25 yaşlı forvard üç nahiyəsində zədədən əziyyət çəkir.

Bu haqda xorvatiyalı idman jurnalisti Davorin Olivari yazıb. Mənbənin məlumatına görə, "Legiya"da oynadığı vaxtdan belində problemi olan, "Dinamo"da çiyni çıxan Emreli son məşqdə əzələ ağrılarından şikayətlənib. Bu səbəbdən baş məşqçi Ante Çaçiç yenidən ona istirahət verib. 

Qeyd edək ki, yeni baş məşqçinin rəhbərliyi altında debütü ötən mövsümün sonunda "Qoritsa" ilə oyuna təsadüf edən Mahir həmin matçda xəsarət alıb, sol çiyni çıxıb. Buna baxmayaraq, növbəti oyunda “Lokomotiv”ə qarşı meydana çıxıb. Bu mövsümün əvvəlində bel ağrıları olduğu üçün ilk iki turda - “Lokomotiva” və “Slaven Belup”la, həmçinin, Çempionlar Liqasının 2-ci mərhələsinin “Şkupi” ilə iki qarşılaşmasında heyətdə yer almayıb. O, yalnız Xorvatiya çempionatının 3-cü turu çərçivəsində "İstra1961"-lə oyunda meydana qayıdıb və on dəqiqə oynamasına rəğmən, dönüşünü qolla qeyd edib. Ancaq köhnə zədələri özünü göstərdiyi, həmçinin əzələlərində ağrı hiss etdiyi üçün Çempionlar Liqasının 3-cü mərhələsinin ilk görüşündə - "Ludoqorets"lə matçda heyətdə yer almayıb. Mahir Emrelinin daha bir neçə gün məcburi istirahət edəcəyi xəbər verilir.

Mirağa

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər