Mahir Emrelinin problemi məlum oldu

Mahir Emrelinin problemi məlum oldu
"Qarabağ”dan ayrılması gözlənilən Mahir Emrelinin Polşanın "Legiya” klubuna keçidi gündəmdədi.
Fanat.Az xəbər verir ki, 24 yaşlı futbolçunun karyerasını Polşada davam etdirməsi real görünür.
Bu arada Azərbaycan Premyer Liqasının 28-ci turunun "Neftçi” - "Qarabağ” qarşılaşmasında zədələnərək meydanı vaxtından əvvəl tərk edən Mahirin sağlıq durumuna aydınlıq gəlib.
 
"Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə "Futbol+” qəzetinə açıqlamasında hücumçunun zədəsinin o qədər də ciddi olmadığını dilə gətirdi: "Mahir Emreli bir-iki həftəyə tam sağalacaq. Hazırda bərpa prosesi keçir. Yəni o qədər də ciddi sayılacaq zədə deyil. Həkimlər onun ikinci dərəcəli əzələ yırtığından əziyyət çəkdiyini söylədilər. Ümid edirik ki, tezliklə sağlamlığına tam qovuşacaq”.
 
Fanat.Az
Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər