Mahir Emrelinin komandasının fanatları yunan azarkeşi öldürdülər - TƏFSİLAT

Mahir Emrelinin komandasının fanatları yunan azarkeşi öldürdülər - TƏFSİLAT

Yunanıstanın paytaxtı Afinanın yaxınlığında yerli AEK-in azarkeşləri ilə Azərbaycan millisinin hücumçusu Mahir Emerlinin klubunun - Zaqreb "Dinamo"sunun fanatları arasında dava düşüb.

Fanat.Az "L'Equipe" nəşrinə istinadən xəbər verir ki, insident nəticəsində azı 6 adam yaralanıb.

22 yaşlı AEK tərəfdarı isə aldığı çoxsaylı bıçaq yaraları nəticəsində həyatını xəstəxanada itirib.

Xatırladaq ki, Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək AEK - "Dinamo" matçı bu gün, Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Nihat

Telegram_logo Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol

TREND

Oxşar xəbərlər